Qüllə və zirvəsindəki bağlı otaq


Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.
Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.
Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək:

Allah bizim keçmişimizi və gələcəyimizi bir an olaraq bilir və görür

Bəzi insanlar, “necə olsa qədərimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur” deyərək yanlış qədər anlayışı qəbul edirlər. Yaşadıqlarımızın qədərimizdə müəyyən olduğu həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün təfərrüatı ilə Allah qatındakı Lövhü Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verir. Məsələn insan, su içmək istədiyində bunun üçün “qədərimdə varsa içərəm” deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər. Həqiqətən də qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək səhvə yol verər.

Qədərə təslimiyyətin əhəmiyyəti

Keçmiş və gələcəyin gerçəkdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələr olması bizə çox əhəmiyyətli gerçəyi göstərir: Hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, eləcə də gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, eləcə də nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın hafizəsində yaşanmış şəkildə var. Yalnız bunların məlumatı hələ bizim yaddaşımızda yoxdur.

Keçmiş və gələcək qeyb xəbəridir

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:
De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah (qeybi və müşahidə edilə biləni bilən Allahım)! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!” (Zumər Surəsi, 46)
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Bu halda səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud Surəsi, 49)

“Keçmiş” anlayışı yaddaşımızdakı məlumatlara görə formalaşır

Bizə verilən təlqinə görə keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edirik. Halbuki, “keçmiş” anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza bəzi hadisələrin verilməsidir. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə meydana gələcək” hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr oduğu qədər gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik.

Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

Zamanın nisbiliyi ilə əlaqədar şərhlərdən və ayələrdən görüldüyü kimi zaman qavrayana görə dəyişən, sabit olmayan anlayışdır. Məsələn, bizim üçün milyardlarla il davam edən zaman parçası, Allah qatında bir andır. Bizim üçün 50 min illik bir müddət mələklər və Cəbrayıl üçün bir gündür.
Bu gerçəyin bilinməsi, qədər (tale, alın yazısı) mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək hesab olunan bütün hadisələri “bir an” içində yaratmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanması və bitməsi deməkdir.

Zamanın nisbiliyi Quranda bildirilmişdir


Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi bu gerçəyin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.
Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir.
Dedi ki: “İl sayı olaraq yer üzündə nə qədər qaldınız?” Dedilər ki: “Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş.” Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz.” (Muminun Surəsi, 112-114)